"Qarabağ" haqda kitabın ingilis versiyası 35 manata satışa çıxarıldı

17 May 2022 11:00 Qarabağ 569
"Qarabağ" haqda kitabın ingilis versiyası 35 manata satışa çıxarıldı

İtaliyalı yazar Emmanuele Culianellinin "Qarabağ" haqqında yazdığı kitabın ingilis versiyası satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, yazar bu barədə tviterdə paylaşım edib.

Həmin kitabın onlayn versiyasını müxtəlif platformalarda əldə etmək mümkündür.

“Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabına 16,99 funt sterlinq (təxminən 35 manat) qiymət qoyulub.

Emmanuele Culianelli bu kitabı 2018-ci ildə italyan dilində təqdim edib. İngilis versiyası isə bu ilin martında işıq üzü görüb.

Digər Xəbərlər
Xəbər Lenti