"Beşiktaş" Qurban Qurbanovun oğlunu transfer etmək istəyir

17 Yanvar 2022 11:00 Qarabağ 1 295
"Beşiktaş" Qurban Qurbanovun oğlunu transfer etmək istəyir

"Beşiktaş" "Qarabağ"ın futbolçusu Musa Qurbanlı ilə maraqlanır.

Sportinfo.az "Fotomac"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi baş məşqçisi Önder Karaveli 20 yaşlı hücumçunu istəyir.

48 yaşlı mütəxəssisin klub rəhbərliyindən icazə alaraq, "Qarabağ" rəsmiləri ilə görüşdüyü də iddia olunur.

Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.

Musa Qurbanlı cari mövsüm Azərbaycan Premyer Liqasında 6 qol və 4 məhsuldar ötürmə ilə ən çox fərqlənən yerli oyunçudur. O, komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!