"Bu vəsaitlə “Qarabağ”da bir deyil, üç-dörd Yankoviç olmalıdır" - VİDEO

18:00 Qarabağ 1 033
"Bu vəsaitlə “Qarabağ”da bir deyil, üç-dörd Yankoviç olmalıdır" - VİDEO

“Bizə ən azı 3 il lazımdır ki, sponsordan və UEFA-dan gələn vəsaitlə büdcə o qədər böyüsün, “Qarabağ”ın heyəti alternativli olsun.

Bu müddətdə elə bir komanda qurulsun ki, Marko Yankoviç və ya digər əsas heyət üzvü zədələnəndə, “onları əvəz edən yoxdur” deməyək.

Bu büdcə ilə futbolçularla elə müqavilələr imzalanmalıdır ki, üç il buradadırlar.

Bu vəsaitlə heyətdə bir deyil, 3-4 Yankoviç olmalıdır. Müasir futbolda uğuru şərtləndirən detallardan biri heyətin geniş olmasıdır”.

Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalistlər Elçin Cəfərovla Emin Abbasov “Qarabağ”ın növbəti illər üçün inkişaf strategiyası və transfer siyasətindən danışıb.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.

“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 23:00 U-21 kimə tapşırılacaq?