Elxan Məmmədov ona pul atan şərikinin şirkətini bağlatdırdı – ŞOK!

26 Noyabr 2018 20:36 Qalmaqal 1 652
Elxan Məmmədov ona pul atan şərikinin şirkətini bağlatdırdı – ŞOK!

AFFA növbəti gizli qalmaqal yaşayır.səsi mütləq yaxınlarda çıxacaq, çünki söhbət böyük pullardan, onun mənimsənilməsindən gedir.

İş ondadı ki, federasiyaya yaxınlığı ilə bilinən Premyer Liqa və I Divizion iştirakçıları, eləcə də, Region Liqasında mübarizə aparan 24 komandanı geyim dəsti ilə təmin edən «KitPro» şirkəti artıq fəaliyyətini dayandırıb.

Öncə ona baxaq ki, 1,5 il bundan qabaq «dünyaya gələn» bu şirkətin arxasında kim dayanıb. Gəlin, həmin şəxslə ayaqüstü tanış olaq - Murad Nağıyev.

Bu zat oxucularımıza tanış gəlməyə bilər, axı o, heç vaxt açıq səhnədə kameralara tuş gəlməyib. Nağıyev 2004-cü ildə AMMK-nı yaradanlardan biridi. İlyarım bu klubun İdarə Heyətində yer alıb.

Bir neçə il sonra «Qəbələ»də peyda olub. 2008-2011-ci illər aralığında. Əyalət təmsilçisinin prezidenti Tale Heydərovla Londondan başlayan tanışlığı Murad bəyi «Qəbələ»də söz sahibi edib.

Əcnəbi idarəçilərin və Toni Adamsın Azərbaycana dəvət olunması da onun təşəbbüsü ilə baş verib. Lakin istər həmin şəxslərin, istərsə də Adamsın burdakı işinin fiaskoya uğraması Nağıyevin «Qəbələ»dən uzaqlaşdırılmasını şərtləndirib. O, maliyyə məsələlərində də özünü «ilişdirib».

Klub təsərrüfatında hər iki oxu daşa dəyən Nağıyev uzun illərdi İngiltərədə yaşayır. Bu üzdən daha çox «London Murad» kimi tanınır.

Onun AFFA-nın baş katibi Elxan Məmmədovla kontaktı isə ən yaxın keçmişə təsadüf edir. Ortaq dostların vasitəçiliyi ilə.. Belə məclislərin birində başlayan tanışlıq az sonra işbirliyinə dönüb, nəticədə «KitPro» həyata göz açıb.

Azərbaycanda ilk “Təchizat mərkəzi” olmasıyla öyünən «KitPro»ya AFFA səviyyəsində yüksək dəstək göstərilirdi.

Bakı Olimpiya Stadionunda (BOS) onlar üçün xüsusi ofis yaradılmışdı. Bütün rəqiblərini kənar təsir/təzyiqlərlə «zərərsizləşdirən» və komanda təchizatının yeganə rəsmi tədarükçüsü kimi bazarda at oynadan «KitPro»nun büdcəsi irəli pul kütləsi ilə dolub-daşırdı.

«Qəbələ» və «Qarabağ»dan savayı, Premyer Liqanın bütün mənsubları adıçəkilən şirkətin təklif etdiyi məhsullardan birini seçməliydi. O cümlədən, I Divizonda yarışanlar.

Çeşidinə görə bir-birindən fərqlənən məşhur xarici brendlərin nümayəndəliyini alan «KitPro»nun rahat həyatı sentyabrdan etibarən pozulmağa başladı. Çünki Murad Nağıyev şərikli çalışdığı və çətiri altına sığındığı Elxan Məmmədovla düz gəlmədi.

Şirkətin ucuz alıb, baha satmaq taktikası artıq bunadəküzə çıxmışdı. Klublar bir-birinin ardınca aldıqları malın keyfiyyətindən şikayətlənincə, AFFA-ya məlum oldu ki, Nağıyev hesab-kitab dəftərinə «barmaq edib».

Bu isə 1 milyon manatdan artıq vəsaitin ortalıqdan əkişdirilməsi demək idi. Təbii ki, E.Məmmədov bu qədər itkiyə hazır və razı deyidi.

Tərəflər arasındakı mübahisənin ilk zərbəsi isə I Divizionun üzvlərinə dəydi. AFFA vasitəsilə SOCAR-dan maliyyələşən komandalar hələ də ötən mövsümdən qalan geyimin içindədi, yenisini ala bilmirlər.

M.Nağıyev bu gün Londonda kef edir. İmkanlı ailənin nümayəndəsinine BOS-da məskunlaşan şirkətinin yeni ünvanı isə hələ bəlli deyil. Baş katibin «24 saat ərzində oranı boşaldın» tapşırığından sonra «KitPro»nun BOS-dakı oisinin qapısı qıfıllanıb.

P.S. Qalmaqallı şirkətlə bağlı araşdırmalarımızı davam etdiririk. Bizi izləməkdə olun…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti