İsveçrə, Estoniya və Kipr - Azərbaycanın yeni rəqibləri

7 İyun 2024 16:40 Qadın futbolu 1 621
İsveçrə, Estoniya və Kipr - Azərbaycanın yeni rəqibləri

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025 mövsümünün I mərhələsindəki rəqibləri bəlli olub.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün təşkil edilən püşkatma mərasimində B Liqasında yer alan millimiz İsveçrə, Estoniya və Kipr ilə 5-ci qrupda mübarizə aparacaq.

İyuldan dekabrın əvvəlinədək baş tutacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu