Hamilə futbolçular üçün mühüm qərar verildi - FİFA

20 Noyabr 2020 01:24 Qadın futbolu 563
Hamilə futbolçular üçün mühüm qərar verildi - FİFA

FİFA dekabr ayında keçiriləcək konqresində qadın futbolçular üçün mühüm qərar qəbul etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, hamilə qalan qadın futbolçuları azı 14 həftəlik analıq məzuniyyəti imkanı yaradılacaq.

Müddətin ilk 8 ayı ərzində qadın futbolçular maaşlarının 2/3 hissəsini ala biləcəklər.

Məzuniyyətdən qayıdan futbolçunun uyğunlaşma dövründə tələb olunan tibbi dəstək isə klub tərəfindən təmin olunacaq.

Qeyd olub ki, bu qaydaları pozan klublar cərimə və transfer qadağaları ilə üzləşəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti