Millimizin futbolçusu Çempionlar Liqasında gözəl qol vurdu - VİDEO

4 Noyabr 2020 17:00 Qadın futbolu 740
Millimizin futbolçusu Çempionlar Liqasında gözəl qol vurdu - VİDEO

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Vüsalə Seyfəddinova UEFA Çempionlar Liqasında gözəl qola imza atıb.

Sportinfo.az xəbər verir ki, Türkiyənin "Qaziantep ALG Spor" klubunda çıxış edən yarımmüdafiəçi ilkin təsnifat mərhələsində Albaniyadan “Vlazniya”ya qarşı oyunda fərqlənib.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb, əlavə vaxtda isə tərəflər hərəyə bir dəfə fərqləniblər. Seyfəddinova komandasının ilk qolunun müəllifi olub.

Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Albaniya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Vüsalə Seyfəddinova Türkiyə klubuna bu ilin oktyabrında Rusiya "Ryazan"ından keçib.

Millimizin futbolçusu Çempionlar Liqasında gözəl qol vurdu

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu