"Daha çox qol vurmaq şansımız oldu, gərəksiz səhvlər etdik"

28 Oktyabr 2020 19:02 Qadın futbolu 805
"Daha çox qol vurmaq şansımız oldu, gərəksiz səhvlər etdik"

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Xomutov şəhərində Çexiya ilə qarşılaşan komandamız 0:3 hesabı ilə məğlub olub.

Ev sahiblərinin baş məşqçisi Karel Rada nəticəni dəyərləndirib: “Əlbəttə, bu oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi. İlk hissədə daha çox qol vurmaq şansımız oldu.

Fasilədən sonra da bir neçə imkan yaratdıq. Oyun ərzində gərəksiz səhvlər etdik. Daha sakit olmalı və yaratdığımız imkanlardan maksimum istifadə etməli idik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!