Qızlar, qızlar, ayağı top tutmayan qızlar… - VİDEO

28 Oktyabr 2020 12:02 Qadın futbolu 523
Qızlar, qızlar, ayağı top tutmayan qızlar… - VİDEO

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda səfərdə Çexiya millisi ilə qarşılaşıb.

Ötən il noyabrında “Bayıl Arena"da yığmamıza 4:0 hesabıyla qalib gələn çexlər bu dəfə 3 cavabsız qolla üstün olub.

Qrupda keçirdiyi 6 oyunun hamısında uduzan yığmamız autsayderdir. Polşa 14 xalla qrup lideridir. İspaniya və Çexiya 13 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. Moldova 3 xalla 4-cüdür..

Digər Xəbərlər
Xəbər Lenti