NAĞILBAZ SİYASƏT: ”Bizə oynamağa imkan verməsələr də..."

28 Oktyabr 2020 10:38 Qadın futbolu 830
NAĞILBAZ SİYASƏT: ”Bizə oynamağa imkan verməsələr də..."

Qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, D qrupunda qərarlaşan komandamız səfərdə Çexiya ilə qarşılaşıb.

Beş gün əvvəl Varşavada Polşaya 0:3 hesabı ilə məğlub olan Siyasət Əsgərovun kollektivi bu dəfə Çomutovda çexlərə eyni hesabla yenilib. Qrupdakı 6 oyunda aktivinə xal yazdıra bilməyən millimiz sonuncu – 5-ci pillədə qərarlaşıb. Çexiya isə 13 xalla 3-cü yeri tutur.

Baş məşqçi Siyasət Əsgərov növbəti uğursuzluq barədə bunları deyib: “Təxminən eyni gücdə olan iki rəqiblə oyun keçirdik. Bu cür komandalara qarşı oynamaq fiziki güc tələb edir.

Pandemiya ilə əlaqədar oyunlara 1 ay qalmış məşqlərə başlamışıq. Belə rəqiblərlə oyunlarda hücuma çıxmaq çox çətindir. Çünki rəqib bizə oynamağa imkan vermirdi.

Bu cür oyunlarda xarakter nümayiş etdirmək lazımdır. Komandam hər iki oyunda məğlub olmasına baxmayaraq, xarakter nümayiş etdirdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!