"Azərbaycana 3 qol vurduq, mən tam razı qaldım"

25 Oktyabr 2020 16:20 Qadın futbolu 1 193
"Azərbaycana 3 qol vurduq, mən tam razı qaldım"

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda səfərdə Polşa ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu nəticədən sonra Polşa D qrupunda 11 xalla birinci pillədə qərarlaşıb. Sonuncu - beşinci sıradakı Azərbaycan millisinin isə xalı yoxdur.

Polşanın baş məşqçisi Miloş Stepinski pandemiyaya baxmayaraq, görüşün baş tutmasının sevindirici hal olduğunu söyləyib: "Azərbaycan Polşaya gələ bildi və biz bu oyunu oynadıq.

Matça gəlincə, nəticədən tam razı qaldım, amma ikinci hissədədəki oynumuz məni qane etmədi. Çünki yaratdığımız qol imkanlarından istifadə edə bilmədik.

Bu amil məni çox narahat edir. Komanda olaraq bu çatışmazlığı aradan qaldırmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"