Qadın futbol oynaya bilər, bu iş Siyasətlik deyil!

24 Oktyabr 2020 11:48 Qadın futbolu 883
Qadın futbol oynaya bilər, bu iş Siyasətlik deyil!

Qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, D qrupunda qərarlaşan komandamız səfərdə Polşaya 0:3 hesabı ilə məğlub olub.

Matçın statistikasına nəzər yetirsək, Siyasət Əsgərovun yetirmələrinin bu nəticəyə şükr etməli olduğunu görərik.

Çünki polşalılar Varşavadakı qarşılaşma ərzində 35 dəfə qapıya zərbə vurublar ki, bunun 20-də top çərçivəyə ünvanlanıb. 20 zərbədən cəmi 3-nün qolla nəticələnməsi yəqin ki, bir futbol matçında nadir hallarda baş verən hadisədir.

Bunun fonunda komandamızın cəmi 1 cəhdi olub ki, onda da müdafiəçilər topun qapıya çatmasına imkan verməyiblər.

Qrupdakı 5 oyunda aktivinə xal yazdıra bilməyən millimiz sonuncu – 5-ci pillədə qərarlaşıb. Polşa isə 11 xalla liderliyə yüksəlib. Komandamız növbəti oyununu oktyabrın 27-də səfərdə Çexiyaya qarşı keçirəcək.

Polşa – Azərbaycan 3:0

Qol: Mesjaş, 41, Zavistovska, 47, 65
Varşava. “Poloniya” stadionu
OYUNUN STATİSTİKASI
Qollar – 3:0
Zərbələr – 35:1
Çərçivəyə zərbələr – 20:0
Çərçivəyə düşməyən zərbələr – 14:0
Bloklanan zərbələr – 1:1
Künc zərbələri – 14:0
Oyundankənar vəziyyət - 2:2
Qayda pozuntuları – 8:4

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!