Millimiz Polşaya məğlub oldu

23 Oktyabr 2020 21:10 Qadın futbolu 573
Millimiz Polşaya məğlub oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komandamız Varşavada Polşa millisi ilə qarşılaşıb.

Adıçəkilən yığmalar arasında bu ilin martın 25-də ASK Arena"dakı görüş rəqibin 5:0 hesabıyla qələbəsiylə nəticələnmişdi. Elə bu oyunda da polşalılar böyük hesabla qalib gəliblər.

Xalsız və qrup autsayderi olan millimizin növbəti matçı 4 gün sonra - oktyabrın 27-də səfərdə Çexiya yığmasına qarşı olacaq.

AÇ-2021-in seçmə mərhələsi

23 oktyabr

Polşa - Azərbaycan 3:0

Qol: Malqorzata Mesyas, 41. Veronika Zavistovska, 47; 65.
Hakimlər: Tanya Subotiç, Helena Buh, Sladyana Yoviçiç, Aleksandra Çesen (hamısı Sloveniya).

Azərbaycan: 1. Aytac Şərifova (k), 3. Jalə Məhsimova, 4. Nigar Mirzəliyeva, 7. Vüsalə Hacıyeva, 10. Kristina Bakarandze, 13. Nərgiz Hacıyeva, 15. Kamilla Məmmədova, 17. Vüsalə Seyfəddinova, 18. Alina Dorofeyeva, 21. Aysun Əliyeva (19. Sona Rəhimova, 70), 23. Yeliz Acar.

Ehtiyat oyunçular: 12. Elvira Əskərzadə, 22. Nərgiz Əliyeva, 5. Ayşən Əhmədova, 6. Rövşanə Sərdarlı, 8. Nisrina Zerioul, 11. Nəslihan Bozkaya, 14. Coşqunə Əliyeva, 20. Roza Quliyeva.

Baş məşqçi: Siyasət Əsgərov.

Digər Xəbərlər
Xəbər Lenti