"Azərbaycana vuracağımız erkən qol bizi sakitləşdirəcək"

22 Oktyabr 2020 22:00 Qadın futbolu 587
"Azərbaycana vuracağımız erkən qol bizi sakitləşdirəcək"

"Bu rəqibləri artıq bir dəfə məğlub etmişik. Qarşıdakı iki oyundan 6 xal götürmək istəyirik".

Sportinfo.az xəbər verir ki, "bu fikirləri "sport.tvp.pl" saytına açıqlamasında qadınlardan ibarət Polşa millisinin baş məşqçisi Miloş Stempinski AVRO-2021-in seçmə mərhələsinin D qrupunda Azərbaycan və Moldovaya qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

46 yaşlı polşalı mütəxəssis hər iki görüşdə yaxşı nəticələr qazanacaqlarına inandığını bildirib: "Komandamın sürətindən razıyam.

Təxminim budur ki, istifadə edə biləcəyimiz 2-3 qol epizodu yaxalayacağıq. Erkən qol bizi sakitləşdirəcək. Amma bunun üçün xeyli güc sərf etməliyik. 90 dəqiqə vaxtımız var. Düşünürəm ki, hər şey qaydasında olacaq".

Kktyabrın 23-də keçiriləcək Polşa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti