Rusiya klubu yığmamızın üzvünü karantinə aldı, Bakıya gəlməyə qolmadı

20 Oktyabr 2020 18:48 Qadın futbolu 880
Rusiya klubu yığmamızın üzvünü karantinə aldı, Bakıya gəlməyə qolmadı

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Diana Məmmədova yığmanın toplanışında iştirak edə bilməyəcək.

Sportinfo.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Rusiyanın “Yenisey” klubunda çıxış edən oyunçu sonradan komandaya qoşulmalı idi. Klubun düşərgəsində koronavirus testi verən oyunçuda virus aşkarlanmasa da, bəzi komanda yoldaşlarının testi pozitiv nəticələnib.

Rusiya Federasiyanın səhiyyə qanunlarına uyğun olaraq karantinə alınan komanda üzvlərinin ölkədən çıxışına qadağa qoyulması səbəbindən Məmmədova millinin düşərgəsinə qoşulmayıb.

Azərbaycan millisi Avropa çempionatında növbəti seçmə oyunlarını oktyabrın 23-də Polşa, oktyabrın 27-də Çexiyaya qarşı keçirəcək. Hər iki görüş səfərdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Avqust 17:30 Çək və bizə göndər!