Klubu onu Azərbaycanla oyun üçün yığmaya buraxmadı

19 Oktyabr 2020 14:22 Qadın futbolu 1 007
Klubu onu Azərbaycanla oyun üçün yığmaya buraxmadı

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Moldova ilə qarşılaşacaq Polşanın qadın futbolçulardan ibarət yığmasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, Katarjina Daleşçikdən götürülən testin nəticəsi pozitiv çıxıb.

Bu səbəbdən təlim-məşq toplanışına cəlb olunmayan yarımmüdafiəçi qarşıdakı oyunları buraxacaq.

Həmçinin Almaniyada - “Volfsburq”da çıxış edən Eva Payor zədə səbəbindən, Norveçin “Klepp İL” komandasının üzvü Aleksandra Rompie isə klubunun icazəsi olmadığı üçün millinin hazırlıq prosesinə qatılmayıb.

Polşa - Azərbaycan oyunu oktyabrın 23-də səfərdə keçiriləcək. Yığmamız bundan 4 gün sonra Çexiyanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM