Millimizin futbolçusu ÇL-də çıxış edəcək Türkiyə klubunda

7 Oktyabr 2020 17:10 Qadın futbolu 957
Millimizin futbolçusu ÇL-də çıxış edəcək Türkiyə klubunda

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Vüsalə Seyfəddinova komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, Rusiyanın “Ryazan” klubunun sabiq oyunçusu karyerasını Türkiyədə davam etdirəcək.

20 yaşlı sağ cinah müdafiəçisi 1-ci liqada mübarizə aparan “ALGSpor”a transfer olunub. Qaziantepə yollanaraq klub prezidenti Ali Gözcü ilə görüşən Seyfəddinova rəsmi müqaviləyə qol çəkib.

ALGSpor” noyabrda start götürəcək Çempionlar Liqasında Türkiyəni təmsil edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!