Daha bir ölkədə qadın və kişi futbolçuların ödənişləri bərabərləşdi

3 Sentyabr 2020 19:16 Qadın futbolu 741
Daha bir ölkədə qadın və kişi futbolçuların ödənişləri bərabərləşdi

Braziliyanın kişi və qadınlardan ibarət milli komandaları bərabər əməkhaqqı alacaqlar.

Sportinfo.az xəbər verir ki, qadınlar və kişilərə təlim-məşq toplanışları, beynəlxalq matçlar zamanı eyni mükafat və ödənişlər ediləcək.

Konfederasiyanın prezidenti Rojerio Kaboklo cinsiyyət fərqinin olmadığını və qurumun kişi və qadınlara bərabər davranacağını söyləyib.

Bundan əvvəl Avstraliya, Yeni Zelandiya və Norveç futbol federasiyaları qadın və kişilər üçün bərabər ödənişlər tətbiq edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!