UEFA millimizin meydana çıxmasıına icazə vermədi

1 Sentyabr 2020 22:00 Qadın futbolu 1 022
UEFA millimizin meydana çıxmasıına icazə vermədi

Qadınlardan ibarət Azərbaycan millisinin iki oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsinin Moldova və İspaniya ilə görüşləri sentyabrın 16-da və 22-də baş tutmayacaq.

Buna koronavirus pandemiyası səbəb olub. Hər iki görüş milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında təxirə salınıb.

Qarşılaşmaların 2021-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti