Futbolda saç yolan, yumruq atan, kəllə vuran qızlar - VİDEO

25 Avqust 2020 00:00 Qadın futbolu 1 224
Futbolda saç yolan, yumruq atan, kəllə vuran qızlar - VİDEO

Moldovanın qadın komandaları arasında keçirilən mövsümöncəsi turnirdə dava düşüb.

Sportinfo.az xəbər verir ki, hadisə "Çoburçi" və "Maksimum"un yarımfinal matçında baş verib.

K-1 döyüşünü xatırladan davada əvvəlcə oyunçulardan biri başı ilə digərinin sifətinə vurub. Daha sonra həmin oyunçunun özü qarnından diz zərbəsi alıb. Ardınca isə o, rəqibinin sifətinə yumruqla güclü zərbə endirib.

Dalaşanları hakim və oyunun digər iştirakçıları çətinliklə ayırıblar. Nəticədə hər iki futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!