Azərbaycan millisinin üzvü xərçəngdən dünyasını dəyişdi- FOTO

25 İyul 2020 12:44 Qadın futbolu 1 037
Azərbaycan millisinin üzvü xərçəngdən dünyasını dəyişdi- FOTO

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü olmuş Nino Qurqenidze dünyasını dəyişib.

Sportinfo.az AFFA-nın rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qurgenidze son olaraq, Azərbaycanın U-19 yığmasında 2018-ci ilin 3 - 9 oktyabrında Türkiyədə Avropa çempionatının seçmə oyunlarında meydana çıxıb.

Həmin görüşlərdə Türkiyəyə 0:2, İsveçrəyə 0:3 hesabı ilə uduzan milli komanda son qarşılaşmasında Kiprə qalib gəlib - 2:1. Həmin matçda Azərbaycan yığmasının ikinci qolunu məhz Qurgenidze vurub.

Xərçəng xəstəliyi üzə çıxdıqdan sonra o, Türkiyədə müayinədən keçib və müalicəsini Gürcüstanda davam etdirib.

Nino Qurgenidze 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alıb. O, əvvəlcə U-17, daha sonra U-19 millisində forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!