"Qarabağ", "Zirə" və "Səbail"ə QADIN XƏBƏRDARLIĞI

19 İyun 2020 16:14 Qadın futbolu 894
"Qarabağ", "Zirə" və "Səbail"ə QADIN XƏBƏRDARLIĞI

AFFA İcraiyyə Komitəsinin (İK) koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətə görə cərimə tətbiq etmədiyi klublar bəlli olub.

Sportinfo.az xəbər verir ki, İK "Qarabağ", "Zirə" və "Səbail"i qadın komandaları olmadığı üçün cərimələməkdən imtina edib.

Hər üç Premyer Liqa təmsilçisi bundan əvvəlki illərdə eyni səbəbdən cərimələnib: Lakin İK bu il güzəştə gedib və mövcud vəziyyəti nəzərə alaraq klublara dəstək göstərmək məqsədi ilə onları lisenziyalaşdırma prosedurunda nəzərdə tutulan müxtəlif maddi cərimələrdən azad edib.

Lisenzilaşdırma qaydalarında belə bənd var ki, hər klubun qadınlardan ibarət komandası da olmalıdır. Əks halda, həmin klub 10 min manat cərimə edilir. İK qərar qəbul verib ki, cərimələr bu il tətbiq olunmasın.

Bu, sırf mövcud vəziyyətlə bağlıdır. Hansısa sənəd gecikəndə cəzalar olur və bunun üçün min manatadək cərimələr tətbiq edilir. İK-nın iclasında istənilən maddi cəzaya bu dəfə baxılmayıb.

Qadınlardan ibarət komandanın olması ilə bağlı meyar 2025/2026 mövsümündən mütləq gerçəkləşəcək. Lisenziyalaşdırma Qrupunun tələbinə əsasən, hər bir klub mütləq şəkildə qadın komandasının mövcudluğunu təmin etməlidir.

Artıq ondan sonra cərimə məsələsi olmayacaq. Qadın komandası yaradılmalıdır ki, klub avrokuboklar üçün lisenziyanı əldə edə bilsin.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı