Azərbaycan üçün stadion

30 May 2020 16:00 Qadın futbolu 599
Azərbaycan üçün stadion

Qadınlardan ibarət milli komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarının yeni təqvimi bəllidir.

Sportinfo.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən təxirə salınan Polşa - Azərbaycan qarşılaşmasının məkanı da artıq müəyyənləşib.

Koronavirus pandemiyası səbəbindən aprelin 9-dan oktyabrın 23-nə keçirilən görüş Qdnyada olacaq. Komandalar həmin gün 15 min tamaşaçı tutumuna malik olan GOSİR stadionunda üz-üzə gələcəklər.

AVRO-2021-in seçmə mərhələsində D qrupunda yer alan Azərbaycan millisi yeni təqvimə əsasən sentyabrın 16-da Moldova, 22-də İspaniya ilə evdə, oktyabrın 23-də Polşa, 27-də isə Çexiya ilə səfərdə qarşılaşacaq. Millimiz qrupda keçirdiyi ilk 4 oyunda xal toplaya bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti