Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirib.
C Liqasında mübarizə aparan Siyasət Əsgərovun komandası səfərdə Kipr yığması ilə qarşılaşıb.
Limassol şəhərində keçirilən görüş komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 9-cu dəqiqədə Diana Məmmədova vurub.
Bununla da xallarının sayını 13-ə çatdıran Azərbaycan yığması tarixində ilk dəfə sona 1 tur qalmış qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.
Qızlarımız matçdan sonra qələbə sevincini paltardəyişmə otağında özünəməxsus şəkildə qeyd edib. Onlar birlikdə “Yaşa, mənim xalqım” mahnısını oxuyublar.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: