Azərbaycanlı qız “Messi”: Onu görənlər heyrət edir - VİDEO

12 Noyabr 2024 11:40 Qadın futbolu 1 805
Azərbaycanlı qız “Messi”: Onu görənlər heyrət edir - VİDEO

Gördüyünüz bu videonu redaksiyamızın «vatçap» qutusu»na göndəriblər.

Kadrlardakı qızın cəmi 12 yaşı var. Adı Zeynəb, soyadı Tanrıverdiyev.

Onu həqiqətən Tanrı verib. Elə hər mənada! Azyaşlı Zeynəbdə olan istedada başqa cür qiymət vermək olmaz.

Cəlilabadlı qızcığaz lap uşaqlığından futbola həvəs salıb. Onun sürəti, topla finləri görənləri heyrət içində buraxır.

Küçədə özündən böyük oğlan uşaqlarıyla futbol oynayır və seçilir. Qapıbir qonşuları, məhəllə adamları balaca Zeynəbi «Messi» adlandırır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı