Azərbaycan millisinə 16 legioner çağırıldı - SİYAHI

25 Noyabr 2023 11:00 Qadın futbolu 1 208
Azərbaycan millisinə 16 legioner çağırıldı - SİYAHI

Millətlər Liqasında səfərdə Kipr, Bakıda Farer adaları yığması ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.

Yığmamız qeyd olunan matçlara hazırlıq məqsədilə noyabrın 27-dən Kiprdə təlim-məşq toplanışına başlayacaq.

Komanda dekabrın 1-də səfərdə Kiprlə, 4 gün sonra "Dalğa Arena"da Farer adaları ilə üz-üzə gələcək.

Qapıçılar: Aytac Şərifova (“Trabzonspor”, Türkiyə), Nərgiz Əliyeva (“KDZ Ereğli Spor”, Türkiyə), Günay İsmayılova (“Neftçi”);

Müdafiəçilər : Nigar Mirzəliyeva ("Zenit", Rusiya), Kamilla Məmmədova (Doğuş Gold Asiya Spor, Türkiyə), Nərgiz Hacıyeva ("Trabzonspor", Türkiyə), Mana Mollayeva ("Neftçi"), Ayşən Əhmədova (PAOK, Yunanıstan);

Yarımmüdafiəçilər : Kristina Bakarandze (“Qalatasaray”, Türkiyə), Diana Məmmədova (“Yenisey”, Rusiya), Coşquna Əliyeva, Firəngiz Teymurova (hər ikisi “Neftçi”), Esra Manya (“Beşiktaş”, Türkiyə), Vüsalə Seyfəddinova (“Fomget”, Türkiyə), Fidan Cəfərova (“Baku Juniors")

Hücumçular: Eliz Adjar, Peritan Bozdağ (hər ikisi "Fatih Vətən", Türkiyə), Alina Dorofeeva ("Yenisey", Rusiya), Sevinc Cəfərzadə ("Krasnodar", Rusiya), Sona Rəhimova ("Giresun Sanaispor", Türkiyə), Jalə Maksimova ("Amedspor", Türkiyə), Milana Rəhimova , Aysun Əliyeva (hər ikisi "Neftçi").

Digər Xəbərlər
Xəbər Lenti