Yığmamızın müdafiəçisi Türkiyədən Yunanıstan klubuna getdi

16 İyul 2023 09:25 Qadın futbolu 1 758
Yığmamızın müdafiəçisi Türkiyədən Yunanıstan klubuna getdi

Qadın futbolu üzrə Azərbaycan millisinin müdafiəçisi Ayşən Əhmədova "Fomget"i (Türkiyə) PAOK-a dəyişib.

Sportinfo.az xəbər verir ki, Əhmədova Saloniki təmsilçisinə keçidi haqda bunları deyib:

"PAOK-a keçdiyim üçün şadam. Bu, həm liqada, həm də avrokuboklarda yeni, lakin yenə də yüksək hədəflərim üçün yeni çağırışdır.

Komandanın rəhbərliyinə və məşqçilər korpusuna etimada görə təşəkkür edirəm. PAOK-un məqsədlərinə çatması üçün əlimdən gələni edəcəm".

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu