Rusiyalı baş məşqçi millimizdən danışdı: “Bizim buna şübhələrimiz var idi”

8 Dekabr 2024 02:10 Qadın futbolu 561
Rusiyalı baş məşqçi millimizdən danışdı: “Bizim buna şübhələrimiz var idi”

“İlk oyunlar müqayisədə müdafiədə oyun baxımından taktiki dəyişikliklər etmişdik.

Cəmi bir məşq etdiyimizdən futbolçuların bunu tam yerinə yetirəcəyinə şübhələrimiz var idi”.

Sportinfo.az xəbər verir ki, bunu qadınlardan ibarət Rusiya millisinin baş məşqçisi Yuri Krasnojan deyib.

O, Azərbaycan yığması ilə Soçidə keçirilən yoldaşlıq oyunu barədə fikirlərini Rusiya Futbol İttifaqının mətbuat xidmətinə açıqlayıb:

“Futbolçularıma təşəkkür edirəm. Onlar tapşırıqları yerinə yetirməyə çalışdılar.

Seçim məndə olsaydı, ikinci matçın yayımlanmasını istəyərdim.

Bu görüş məzmun baxımından daha yaxşı idi. Ümumilikdə isə bu il ciddi səviyyəyə malik komandalarla qarşılaşdıq”.

Rusiya millisi Azərbaycanla hər iki oyunda 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!