COP29

AFFA milli ilə bağlı yayılan son xəbəri təsdiqlədi

23 Noyabr 2024 03:00 Qadın futbolu 6 234
AFFA milli ilə bağlı yayılan son xəbəri təsdiqlədi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Rusiya yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qarşılaşmalar Soçi şəhərində reallaşacaq. Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv ilk görüşünü noyabrın 28-də "Fişt" stadionunda, ikinci matçını isə dekabrın 2-də “Soçi” klubunun təlim-məşq bazasında keçirəcək.

Bakı vaxtı ilə saat 18:00-da başlayacaq hər iki oyun azarkeşsiz təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti