![Millimizin müdafiəçisi bu ölkədə çempion oldu - FOTO](https://www.sportinfo.az/media/2024/11/17/455110727_888116420017044_2662193705418841554_n.jpg)
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva Rusiya çempionu olub.
Sportinfo.az xəbər verir ki, o, "Zenit"in heyətində titula sahib çıxıb.
Sankt-Peterburq təmsilçisi son turda ÇSKA-nı 1:0 hesabı ilə məğlub edib.
Bununla da, "Zenit" məğlubiyyətsiz çempionluğu qeyd edib.
Mirzəliyeva bu mövsüm 7 oyunda 1 qol vurub.