"Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb.
Sportinfo.az xəbər verir ki, turnirin I mərhələsində Avstriyadan “Sankt-Pölten” ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 0:5 hesabı ilə uduzub.
Qarşılaşma Gürcüstanın Tsxaltubo şəhərində keçirilib.
II qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.
18:00. “Sankt-Pölten” (Avstriya) – “Neftçi” (Azərbaycan) 5:0
Baş hakim: Jelena Kumer (Xorvatiya)
Tskaltubo Texniki Mərkəzi