Azərbaycan millisinin kapitanı bu kluba qayıtdı - FOTO

26 Avqust 2024 01:10 Qadın futbolu 1 489
Azərbaycan millisinin kapitanı bu kluba qayıtdı - FOTO

Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadənin icarə əsasında oynadığı Səudiyyə Ərəbistanının "Eastern Flames" klubundan ayrılması haqda xəbər vermişdik.

Sportinfo.az saytına verilən məlumata görə, Sevincin yeni sezona harada başlayacağı bəlli olub.

Belə ki, millimizin kapitanı 2024/2025 sezonunda Rusiyada keçirəcək.

O, müqavilə ilə məxsus olduğu “Krasnodar”a dönüş edib. Futbolçuya bir neçə klubdan təklif olsa da, o, məxsus olduğu kluba geri dönməyi qərarlaşdırıb.

Cəfərzadənin "Krasnodar"la iki illik müqaviləsi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu