Azərbaycan millisinin baş məşqçisi: "Tarixi bir gün idi"

2 Dekabr 2023 02:00 Qadın futbolu 510
Azərbaycan millisinin baş məşqçisi: "Tarixi bir gün idi"

“Qələbə münasibətilə komanda üzvlərini, məşqçilər korpusunu, azarkeşləri, futbolsevərləri, hamını təbrik edirəm.

Tarixi bir gün idi. Hesabda irəli çıxdıq, daha sonra qol vurmaq imkanlarımız oldu, hətta penaltidən yararlana bilmədik.

Bununla belə, vacib qələbə qazanmağı bacardıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasında Kiprə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Qrupun son oyununda, dekabrın 5-də, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşacağıq.

Fürsətdən istifadə edib, bütün futbolsevərləri, azarkeşləri stadiona dəvət edirik. Gəlib qızlarımıza dəstək olsunlar” - deyə o bildirib.

Bu qələbə xallarının sayını 13-ə çatdıran Azərbaycan yığması sona 1 tur qalmış qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti