Millimizin oyunçusu qol vurdu, baş məşqçimizi dilxor etdi, "Qalatasaray" lider oldu

26 Noyabr 2023 09:25 Qadın futbolu 907
Millimizin oyunçusu qol vurdu, baş məşqçimizi dilxor etdi, "Qalatasaray" lider oldu

Türkiyə Qadınlar Liqasında 12-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Kristina Bakarandzenin formasını geyindiyi "Qalatasaray" doğma meydanda "Fomget"i qəbul edib.

Qarşılaşma "sarı-qırmızılar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Kristina Bakarandze də bu görüşün iştirakçısı olub. Millimizin üzvü komandasının ilk qolunu vurub.

Xallarını 33-ə yüksəldən "Qalatasaray" turnir cədvəlinin zirvəsində qərarlaşıb.

"Fomget"i Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti