“Fənərbaxça”lı Azərbaycan millisindən imtina etdi - Türkiyə yığmasında oynayacaq

25 Noyabr 2023 01:50 Qadın futbolu 434
“Fənərbaxça”lı Azərbaycan millisindən imtina etdi - Türkiyə yığmasında oynayacaq

“Fənərbaxça”nın qadınlardan ibarət komandasının qapıçısı Göknur Güleryüz milli seçimini edib.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı qolkiper Azərbaycan yığma komandasından gələn təklifi qəbul etməyib.

Gənc futbolçu Türkiyə millisində oynamağı üstün tutub.

Göknur Güleryüz artıq Türkiyə seçməsinin Millətlər Liqası üçün açıqlanan heyətinə dəvət edilib.

Göknür daha əvvəl Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti