Azərbaycan millisinin iki oyununun məkanı müəyyənləşdi

22 Noyabr 2023 02:10 Qadın futbolu 335
Azərbaycan millisinin iki oyununun məkanı müəyyənləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Millətlər Liqasında Kipr və Farer adalarına qarşı keçirəcəyi oyunların məkanı və başlama vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Kipr yığması ilə oyun dekabrın 1-də, Bakı vaxtı ilə saat 21:00-da Limassoldakı “Limassol” stadionunda gerçəkləşəcək.

Farer adaları ilə qarşılaşma isə saat 19:00-da Mərdəkandakı “Dalğa Arena”da gerçəkləşəcək.

Azərbaycan millisi 4 oyundan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Kiprin 7, üçüncü Monteneqronun 6 xalı var. Autsayder Farer adalarının isə xalı yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti