Azərbaycan Millətlər Liqasında növbəti qələbəsini qazandı

31 Oktyabr 2023 20:20 Qadın futbolu 420
Azərbaycan Millətlər Liqasında növbəti qələbəsini qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, C Liqasının III qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri “Dalğa Arena”da Monteneqronu 3:0 hesabı ilə məğlub ediblər.

Ukraynalı hakim Anastasiya Romanyukun idarə etdiyi görüşdə yığmanın qollarını 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlak, 84-cü dəqiqədə isə Ayşən Əhmədova vurublar.

Azərbaycan millisi IV turdan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var.

Komandamız Millətlər Liqasında növbəti oyununu dekabrın 1-də səfərdə Kipr yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI