Azərbaycanlı qadınlar Farer adalarını məğlub etdi

28 Oktyabr 2023 01:50 Qadın futbolu 622
Azərbaycanlı qadınlar Farer adalarını məğlub etdi

Qadınlardan ibarət Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsinin III turunun oyununda Farer adaları yığmasını məğlub edib.

Sportinfo.az xəbər verir ki, Klaksvik şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin qollarını Kristina Bakarandze və Manə Mollayeva vurublar. Xal ehtiyatını 7-yə çatdıran komanda yer aldığı qrupun vahid lideridir.

Yığma növbəti görüşünü oktyabrın 31-də “Dalğa Arena”da Monteneqroya qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!