Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək - Farer adaları ilə

27 Oktyabr 2023 15:20 Qadın futbolu 867
Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək - Farer adaları ilə

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv III turda Farer adaları ilə qarşılaşacaq.

Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.

Matçı Latviyadan olan hakimlər briqadası idarə edəcək. Görüşdə ədalət təmsilçisi Yelena Yermolayeva olacaq.

Azərbaycan millisi ilk iki turdan sonra 4 xalla qrupa liderlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu