Millimizin baş məşqçisi Türkiyəni təəccübləndirməkdə davam edir

19 Oktyabr 2023 20:40 Qadın futbolu 1 573
Millimizin baş məşqçisi Türkiyəni təəccübləndirməkdə davam edir

Azərbaycanl ıbaş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Türkiyədə adından söz etdirir.

Həmyerlimizin rəhbərlik etdiyi “Ankara Fomget” komandası İstanbulda Türkiyə Qadınlar Super Liqasında derbi matçına çıxıb.

3-cü turdan təxirə salınan oyunda “Fənərbağça Petrol Ofisi” ilə “Ankara Fomget” üz-üzə gəlib. Komandaların xalları eyni olduğundan (6 oyunda 18 xal), qalib gələn şəriksiz liderə çevriləcəkdi.

Maraqlı və gərgin keçən qarşılaşmanın yekununda qonaqlar vurduqları yeganə qolla qalib gələrək 7 turdan sonra 21 xalla lider kürsüsündəki yerini bərkidib.

Siyasət Əsgərov həm də qadınlardan ibarət Azərbaycan millisinə rəhbərlik edir. Onun çalışdırdığı kollektiv UEFA Millətlər Liqasına uğurla başlayıb.

Qızlarımız ilk oyunda Bakıda Kiprlə bərabərə qalıb (1:1), növbəti görüşdə səfərdə Monteneqronu 1:0 hesabı ilə məğlub etməklə qrup liderliyinə yüksəlib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI