“Neftçi”nin məşqçi və futbolçu heyəti üçün... FOTOLAR

18 Oktyabr 2023 22:40 Qadın futbolu 1 177
“Neftçi”nin məşqçi və futbolçu heyəti üçün... FOTOLAR

Bu gün “Neftçi”nin Yüksək Qızlar Liqasında mübarizə aparan komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Neftçi Arena”da təşkil olunan tədbirdə AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi, sabiq FIFA referisi Orxan Məmmədov çıxış edərək, komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında məlumat verib.

Seminarda “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül və koordinatoru Elşad Əhmədov da iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu