
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi növbəti iki oyunun məkanı müəyyənləşib.
Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 27-də səfərdə Farer adaları yığmasına qarşı oyun Klaksvik şəhərindəki “Djupumyru” stadionunda, 31-də Monteneqro millisinə qarşı matç isə “Dalğa Arena”da təşkil olunacaq.
Farer adaları ilə oyunu Jelena Jermolajevanın başçılıq edəcəyi latviyalı hakimlər briqadası idarə edəcək.
Monteneqro ilə matçın baş hakimi isə ukraynalı Anastasiya Romanyuk olacaq.
27 oktyabr
17:00. Farer adaları – Azərbaycan
Hakimlər: Yelena Yermolayeva, Liqa Didrike, Diana Vanaqa, Darya Voytexoviça (hamısı Latviya).
Klaksvik. “Djupumyru” stadionu.
31 oktyabr
16:00. Azərbaycan – Monteneqro
Hakimlər: Anastasiya Romanyuk, Aleksandra Vdovina, İrina Petrova, Kristina Kozoro (hamısı Ukrayna).
Bakı. “Dalğa Arena”.