Azərbaycan millisi bu dəfə Maltaya da uduzdu

8 Oktyabr 2023 18:10 Qadın futbolu 358
Azərbaycan millisi bu dəfə Maltaya da uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqası formatında təşkil olunan Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Xorvatiyada təşkil olunan matçda millimiz Malta yığması ilə qarşılaşıb.

Oyun 4:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin qolunu 4-cü dəqiqədə Xanım Əsədova vurub.

Azərbaycan yığması daha əvvəl Lüksemburqa 0:1, Xorvatiyaya 0:8 hesabı ilə uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI