"Yorğunluğu üzərimizdən atıb, Azərbaycana qarşı yaxşı çıxış etdik"

5 Oktyabr 2023 01:50 Qadın futbolu 893
"Yorğunluğu üzərimizdən atıb, Azərbaycana qarşı yaxşı çıxış etdik"

“Azərbaycanla oyunun böyük hissəsini üstün keçirdik”.

Sportinfo.az xəbər verir ki, bunu 17 yaşadək qızlardan ibarət Lüksemburq millisinin baş məşqçisi Kristina Korreyra Azərbaycanı 1:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Portuqaliyalı mütəxəssis artıq qrupun ikinci matçı barədə düşündüklərini bildirib:

“Çox aqressiv mübarizə oldu. Bu qalibiyyət münasibətilə oyunçularımı təbrik edirəm.

Uzun səfərdən sonra yorğunluğumuzu üzərimizdən atıb yaxşı çıxış etdik. Qısa istirahətin ardından Malta ilə keçirəcəyimiz növbəti oyuna hazırlaşacağıq”.

Xorvatiyada təşkil olunan B Liqasının 3-cü qrupunda II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün Azərbaycan millisi Xorvatiya, Lüksemburq isə Malta ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu