"Bu dəfə səhvlərə yol vermədik" - Azərbaycan millisinin baş məşqçisi

27 Sentyabr 2023 17:20 Qadın futbolu 362
"Bu dəfə səhvlərə yol vermədik" - Azərbaycan millisinin baş məşqçisi

“Qrup liderliyini davam etdirmək istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasındakı çıxışları barədə danışarkən deyib.

O, ilk iki turda 4 xal toplamalarına münasibət bildirib. S.Əsgərov oktyabrda keçirəcəkləri matçlara ciddi hazırlaşacaqlarını söyləyib:

“Oktyabrda bizi daha iki çətin oyun gözləyir. Səfərdə Farer adaları, evdə isə Monteneqro yığması ilə qarşılaşacağıq. Hər iki matçda uğur qazanmaq istəyirik”.

Baş məşqçi Podqoritsada Monteneqro yığması üzərində qazanılan 1:0 hesablı qələbəni də dəyərləndirib:

“Monteneqro millisi ilə oyunun çətin olacağını bilirdik. Dünya çempionatının seçmə mərhələsində bu rəqiblə qarşılaşmışdıq.

Komanda çox güclü futbolçulardan ibarətdir. Oyuna yaxşı hazırlaşmışdıq.

İlk dəqiqələrdən sonadək plana uyğun olaraq, oyunu meydanın rəqibə aid hissəsində keçirdik. Bunun nəticəsində 84-cü dəqiqədə qələbə qolunu vura bildik.

Düzdür, rəqibin də qol vurmaq imkanları oldu. Ancaq bu dəfə səhvlərə yol vermədik”.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI