"Bakıda əla nəticə qazandıq"

26 Sentyabr 2023 02:00 Qadın futbolu 356
"Bakıda əla nəticə qazandıq"

Qadınlardan ibarət Kipr milli komandasının baş məşqçisi Stefanos Voskaridis Millətlər Liqasının C3 qrupunda Azərbaycan yığması ilə Bakıda keçirilən matçı (1:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, Kipr Futbol Federasiyasının mətbuat xidmətinə danışan gənc mütəxəssis paytaxtımızdakı nəticəni qənaətbəxş hesab edib:

"Yeni turnir olduğunu nəzərə alsaq, Bakıda əla nəticə qazandıq. Məqsədimizin qrupda yüksək yerlər uğrunda mübarizə aparmaqdır.

Futbolçularımız matçboyu çox səy göstərdilər və layiqli heç-heçə əldə etdilər.

Komandanın qarşısına qoyduğumuz bütün məqsədlərə çatmaq üçün hələ çox iş görməliyik.

Bakıdakı heç-heçədən razıyıq və çərşənbə axşamı öz meydanımızda Farer adalarına qarşı eyni ruhda oyuna davam etməliyik".

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI