Bizim qızlar, bizim qızlar…

24 Sentyabr 2023 23:40 Qadın futbolu 609
Bizim qızlar, bizim qızlar…

Gürcüstanda təlim-məşq toplanışını başa vuran 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş matç 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Millimizin qolunu 4-cü dəqiqədə Şəkər Piriyeva vurub.

Bu komandalar arasında sentyabrın 20-da keçirilmiş ilk qarşılaşma 2:0 hesabı ilə Gürcüstan yığmasının xeyrinə nəticələnmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar