"Bir səhv etdik, razı qaldığımı deyə bilmərəm"

23 Sentyabr 2023 09:00 Qadın futbolu 359
"Bir səhv etdik, razı qaldığımı deyə bilmərəm"

Qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqası çərçivəsində bu gün millimiz “Dalğa Arena”da Kiprlə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmasından sonra yığmamamızın baş məqçisi Siyasət Əsgərovun açıqlama verib:

“İlk oyun həmişə çətin olur. Futbolçularda həyəcan var idi. Məqsədimiz qələbə qazanmaq idi.

Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Rəqib də bizim bir səhvimizdan maksimum istifadə edib qol vurdu.

Oyundan razı qaldığımı deyə bilmərəm. Növbəti oyunu səfərdə Monteneqro yığmasına qarşı keçirəcəyik.

Bu görüşü analiz eib buraxdığmız səhvləri aradan qaldırmağa çalışacağıq. Psixoloji cəhətdən də yaxşı hazırlaşmalıyıq.

Monteneqro tam fərqli bir komandadır, keyfiyyətli oyunçuları var. Məqsədimiz səfərdən xalla qayıtmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI