Azərbaycan millisinin Ayşəni Yunanıstanda necə yaşayır?

10 Sentyabr 2023 19:25 Qadın futbolu 681
Azərbaycan millisinin Ayşəni Yunanıstanda necə yaşayır?

Azərbaycan millisinin üzvü Ayşən Əhmədova sportal.az-a müsahibə verib.

Ötən mövsüm Türkiyədə "Fomget" klubunun heyətində çempionluq yaşamış Əhmədova bir müddət əvvəl Yunanıstanın PAOK klubuna keçib.

Sportinfo.az xəbər verir ki, o, Saloniki klubundakı məqsədlərindən söz açıb.

- PAOK Yunanıstanın ən böyük klublarından hesab edilir. Demək olar ki, bu komandaya transfer edilməklə, karyeranın ən iddialı və böyük klubuna keçmiş oldun?

- Təbii ki, hər bir futbolçu kimi mənim də məqsədlərim var. İndiyə qədər oynadığım bütün komandalarda ən yaxşısını etməyə çalışmışam. Karyeram ərzində ən iddialı klublar "Fomget" və PAOK olub.

- Maraqlıdır ki, PAOK-da oynamış və bu klubun diqqətini cəlb edən kişi futbolçumuz yoxdur. Bəlkə də, var, amma fakt odur ki, Saloniki klubu azərbaycanlı futbolçu ilə maraqlanmır. Bu məsələyə münasibətin necədir?

- Düşünürəm ki, kişi futbolunda da inkişaf var. Hər şey yavaş-yavaş olur. Daha da yaxşıya doğru gedəcək. Təbi iki, yalnız pozitiv düşünürəm.

- PAOK Çempionlar Liqasında iştirak edəcək. Klubun bu turnirdəki iddiası nədən ibarətdir?

- Komandamız Yunanıstan çempionu olub deyə, doğrudur, ÇL-də iştirak edəcəyik. Bizim birinci hədəfimiz qrupdan çıxmaqdır. Bunun uğrunda mübarizə aparacağıq. Buradakı səviyyə kifayət qədər yaxşıdır.

- Salonikidə yaşayın necə gedir? Artıq Yunanıstana öyrəşmisən?

- Bəli, artıq öyrəşmişəm. Burada hər şey yaxşıdır. Salonikidə insanlar çox istiqanlı və mehribandır. Bu səbəbdən də elə tez öyrəşmişəm.

- Futbolçularımız üçün dil baryeri olur. Maraqlıdır, səndə belə problem var, yoxsa ingilis dilində danışırsan?

- Dil baxımından problem yaşamıram.

- Artıq komandanın düşərgəsinə qoşulmusan. Səni komandada necə qarşıladılar?

- Məni burada çox yaxşı qarşıladılar, hamı mehriban və gülərüzdür. Bu, məni çox sevindirir. Əvvəlcədən tanıdığım futbolçu yoxdur burada. Ancaq özümü tək hiss etmirəm. Komanda yoldaşlarım çox mehribandır, daim ünsiyyətdəyik.

- PAOK-dakı məşqçilər, futbolçular səndən Azərbaycan millisi və ya Azərbaycan haqda nəsə soruşurlar? Onları Bakıya dəvət etmisən?

- Bəli, komandada məndən Azərbaycan haqda soruşurlar. Ölkəmiz yetəri qədər gözəl və qonaqpərvərdir. Onlara Azərbaycana gələcəkləri təqdirdə, ölkəmizi çox sevəcəklərini söyləmişəm. PAOK-da 5-6 ölkədən legioner oyunçu var. Kollektivdə yaxşı ab-hava var.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI