Bu, Azərbaycanda cari mövsümdən etibarən ilk dəfə tətbiq olunacaq

29 Avqust 2023 07:40 Qadın futbolu 364
Bu, Azərbaycanda cari mövsümdən etibarən ilk dəfə tətbiq olunacaq

AFFA-nın inzibati binasında 2024/2025-ci illər lisenziyalaşdırma mövsümü çərçivəsində UEFA-nın Qadınlar arasında Çempionlar Liqasına və AFFA Yüksək Qızlar Liqasına lisenziya əldə etmək üçün AFFA Yüksək Qızlar Liqasında iştirak edən klub nümayəndələri ilə görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, görüş zamanı yerinə yetirməli olan meyarlar, əsas proses və lisenziyalaşdırma sistemi barədə məlumatlar klub nümayəndələrinin nəzərinə çatdırılıb.

AFFA tərəfindən təqdim olunan bu sistem AFFA Yüksək Qızlar Liqasına ilk dəfə olaraq cari mövsümdən etibarən tətbiq olunacaq.

Bu isə o deməkdir ki, AFFA Yüksək Qızlar Liqasının növbəti mövsümünün qalibi müvafiq lisenziyanı əldə etməklə, ilk dəfə olaraq ölkəmizi UEFA-nın Qadınlar arasında Çempionlar Liqasında təmsil etmək hüququ qazanacaq.

İclas zamanı lisenziyalaşdırma qrupunun əməkdaşları mövsüm ərzində klublar üçün qaydaları ətraflı izah etmək məqsədilə ümumi və fərdi şəkildə treninqlərin də təşkil olunacağını bildirib.

Tədbirin sonunda isə iştirakçıların sualları cavablandırlıb.

Bundan əlavə, görüşdə FIFA-nın nümayəndəsi Andres Portabella da online qoşularaq iştirak edib. Ölkəmizdə ilk dəfə tətbiq olunan bu sistem FİFA tərəfindən dəstəklənir.

FİFA Qadınlar arasında Futbol üzrə lisenziyalaşdırma sistemi barədə məlumat verən A. Portabella AFFA Yüksək Qızlar Liqasında iştirak edən klublara uğurlar arzu edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI